Reklam resmi
Reklam resmi

Rusiyanın məşhur sosial platformasına Aİ-dən SƏRT SANKSİYA

Rusiyanın məşhur sosial platformasına Aİ-dən SƏRT SANKSİYA
Dünya

Avropa İttifaqı (Aİ) Rusiyanın VK şirkətinə və onunla əlaqəli bir sıra fiziki və hüquqi şəxslərə qarşı yeni sanksiyalar tətbiq edib.

Ajans.az xəbər verir ki,bu barədə Aİ Şurasının qərarı Avropa İttifaqının Rəsmi Jurnalında dərc olunub.

Qərara əsasən, sanksiyalar siyahısına VK ilə yanaşı, Aİ-nin Max platformasının hüquqi operatoru hesab etdiyi "Communication Platform" MMC də daxil edilib.

Həmçinin "Communication Platform" MMC-nin baş direktoru Yelena Baqudina da sanksiyalara məruz qalıb.

Bundan əlavə, Rusiyanın Citadel, VAS ExpertsNorsi-Trans şirkətləri, eləcə də onların rəhbərləri də yeni məhdudiyyətlər siyahısına salınıb.

Ümumilikdə, Avropa İttifaqının son qərarı ilə sanksiyalar siyahısına 10-dan çox fiziki və hüquqi şəxs əlavə edilib.

author picture
Leyla Bayandurlu
Mövzular:
Avropa İttifaqı Rusiya

Digər Xəbərlər