Britaniya SEPAH-ı terror təşkilatı elan edib
Bu gün Britaniya hökuməti yeni milli təhlükəsizlik qanunvericiliyi çərçivəsində İran İslam İnqilabının Keşikçiləri Korpusunu (SEPAH) terror təşkilatları siyahısına daxil edib.
Ajans.az Sky News-a istinadən xəbər verir ki, qərar ölkədə yəhudi icmasına qarşı baş vermiş bir sıra hücumlardan sonra baş nazir Kir Starmerin təşəbbüsü ilə hazırlanan milli təhlükəsizlik qanun layihəsi çərçivəsində qəbul olunub. Yeni qanuna əsasən, SEPAH-ı dəstəkləməyə çağırış etmək, təşkilatın Britaniya ilə əlaqəli fəaliyyətlərinə yardım göstərmək və ya onun adından təqdim olunan maddi dəstəyi qəbul etmək cinayət hesab olunacaq. Qanunvericiliyin pozulmasına görə 14 ilədək həbs və ya cərimə, yaxud hər iki cəza nəzərdə tutulur.