Reklam resmi
Reklam resmi

FHN silsilə maarifləndirmə tədbirləri keçirdi 

FHN silsilə maarifləndirmə tədbirləri keçirdi 
Cəmiyyət

Fövqəladə Hallar Nazirliyinin aidiyyəti qurumları tərəfindən fövqəladə hallarla bağlı davranış qaydaları barədə əhalinin maarifləndirilməsi məqsədilə silsilə tədbirlər keçirilib.

Ajans.az xəbər verir ki, FHN-in Dövlət Yanğın Nəzarəti, Kiçikhəcmli Gəmilərə NəzarətSularda Xilasetmə Dövlət xidmətlərinin mütəxəssislərinin də iştirakı ilə Bakı Regional Mərkəzi (RM) tərəfindən Nizami rayonu, "AzərSuTikinti" xəstəxanasında, Qaradağ rayonu, 300 saylı körpələr evi-uşaq bağçasında, Suraxanı rayonu, 42 saylı şəhər poliklinikasında, Yasamal rayonu, 3 saylı şəhər poliklinikası və “Milli Onkologiya Mərkəzi”ndə, Sumqayıt RM tərəfindən Sumqayıt şəhər Heydər Əliyev Mərkəzində və Abşeron rayonu, Saray qəsəbə 14 nömrəli körpələr evi–uşaq bağçasında, Gəncə RM tərəfindən Tovuz rayonu, Qovlar Şəhər Ailə Sağlamlıq Mərkəzində və Tovuz rayonu, Bozalqanlı kənd həkim məntəqəsində, Şimal-Qərb RM tərəfindən Oğuz rayonu, “AFRA” otelində, Aran RM tərəfindən Ağdaş Rayon İcra Hakimiyyəti başçısının Dəhnəxəlil kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyində və Göyçay şəhər 7 nömrəli körpələr evi-uşaq bağçasında, Muğan RM tərəfindən “Azerbaijan Fish Farm” MMC-nin Neftçala rayon Nərə Damazlıq Təsərrüfatında, Qarabağ RM tərəfindən Tərtər şəhəri 2 nömrəli körpələr evi-uşaq bağçasında, Cənub RM tərəfindən Daxili Qoşunların “N” saylı hərbi hissəsində və Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının Nərimanabad qəsəbə İnzibati ərazi dairəsi üzrə nümayəndəliyində, Şimal RM tərəfindən Quba Rayon İcra Hakimiyyəti başçısının II Nügədi kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyində maarifləndirmə tədbirləri keçirilib.

Tədbirlərin keçirilməsində məqsəd baş verə biləcək təbii və texnogen xarakterli fövqəladə hadisələrlə bağlı zəruri davranış qaydaları barədə vətəndaşlara müvafiq biliklərin verilməsi olub.

Tədbirlərdə fövqəladə halların təsnifatı, ölkəmiz üçün xarakterik olan fövqəladə hallar, o cümlədən yanğın və zəlzələ ilə bağlı zəruri davranış qaydaları barədə ətraflı məlumat verilib, FHN-in “112” qaynar telefon xəttinin təyinatı izah olunub və ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani şəkildə nümayiş etdirilib.

Mövzular:
FHN Dövlət Yanğın Nəzarəti Kiçikhəcmli Gəmilərə Nəzarət Sularda Xilasetmə Dövlət xidmətləri Qaradağ rayonu

Digər Xəbərlər