Reklam resmi
Reklam resmi

Bakıda avtomobilləri talayan şəxslər saxlanıldı

Bakıda avtomobilləri talayan şəxslər saxlanıldı
Kriminal

Sabunçu və Xətai rayonlarında zərərçəkənlərə məxsus “BYD” və “Changan” markalı avtomobillərdən müxtəlif məbləğlərdə pul vəsaiti, eləcə də digər əşyalar oğurlanıb.

Ajans.az xəbər verir ki, bununla bağlı DİN-in mətbuat xidmətindən məlumat verilib.

Polis əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə talama cinayətini törətməkdə şübhəli bilinən R.Əliyev, K.Məmmədli və S.Səfərov müəyyən edilərək saxlanılıblar.

Faktlar üzrə araşdırmalar davam etdirilir.

Mövzular:
Bakı avtomobillər oğurluq

Digər Xəbərlər