15 ildən sonra ilk: Türkiyənin hərbi gəmisi Suriyaya DAXİL OLDU
Türkiyə Hərbi Dəniz Qüvvələrinə məxsus TCG İstanbul freqatı Suriyada münaqişənin başlamasından sonra ilk dəfə bu ölkənin Latakiya limanına səfər edib.
Ajans.az xəbər verir ki. bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, 2011-ci ildə Suriyada vətəndaş müharibəsi başlayandan bəri bu, Türkiyə Hərbi Dəniz Qüvvələrinin gəmilərinin Latakiya limanına ilk rəsmi səfəridir.
Məlumata görə, Türkiyə Hərbi Dəniz Qüvvələrinin komandanı admiral Ərcümənt Tatlıoğlu TCG İstanbul freqatı ilə Suriyaya gəlib.
Nazirlik səfərin məqsədi və proqramı ilə bağlı əlavə məlumat açıqlamayıb.
Mövzular: