Reklam resmi
Reklam resmi

Makrondan ordusuna sərt mesaj: Müharibəyə HAZIR OLUN

Makrondan ordusuna sərt mesaj: Müharibəyə HAZIR OLUN
Dünya

Fransa Prezidenti Emmanuel Makron ölkənin Silahlı Qüvvələrinə müraciət edərək onları gələcək münaqişələrə hazırlaşmağa və mövcud təhlükələrə qarşı hazırlığı gücləndirməyə çağırıb.

Ajans.az xəbər veirr ki, bu barədə Yelisey Sarayının mətbuat xidməti məlumat yayıb.

Makron bildirib ki, Fransanın gələcək müharibələrə hazır olması bu gün mövcud münaqişələrdə etibarlı mövqe tutmasından asılıdır.

"Bəli, gələcək müharibələrə hazırlaşmalıyıq. Lakin buna hazır olmaq üçün bu gün etibarlı olmalıyıq. Gücümüz Ukraynada mövqeyimizi qorumaqdan, tərəfdaşlarımızın bizi gözlədiyi Yaxın Şərqdə fəaliyyət göstərməkdən, Afrikada etibarlı tərəfdaş olaraq qalmaqdan və Hind-Sakit okean regionunda mövqeyimizi möhkəmləndirməkdən keçir", – deyə Fransa lideri bildirib.

Prezident əlavə edib ki, yaxın vaxtlarda ölkənin növbəti on il üçün milli müdafiə strategiyasını təqdim edəcək. Bu sənəd Fransa Hərbi Məktəbinin 150 illik yubileyi münasibətilə keçiriləcək tədbirdə açıqlanacaq.

Makron çıxışında Fransa və Böyük Britaniyanın təşəbbüsü ilə Ukraynaya dəstək məqsədilə yaradılmış "könüllülər koalisiyası"na da toxunub. O, bu təşəbbüsü "avropalıların öz taleyini öz əllərinə almaq bacarığının təcəssümü" adlandırıb.

Fransa prezidenti vurğulayıb ki, Avropa dövlətləri suveren qərarlar əsasında öz müdafiəsinə görə daha böyük məsuliyyət daşıyan gücə çevrilməkdədir.

author picture
Leyla Bayandurlu
Mövzular:
Fransa Emmanuel Makron

Digər Xəbərlər