Çağırışa gedən polis GÜLLƏLƏNDİ - bu ölkədə
Türkiyədə Eskişehir vilayətinin Mihalıççık rayonunda polis vəzifəsini yerinə yetirərkən silahlı hücuma məruz qalıb.
Ajans.az xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.
Belə ki, rayonun Narlı məhəlləsində ailə münaqişəsinin baş verməsi ilə bağlı polisə çağırış daxil olub.
Polis baş çavuşu Mehmet Demirbaş əraziyə cəlb olunub. O, ov tüfəngi ilə ailəsini hədələyən şəxsə yaxınlaşmaq istəyərkən həmin şəxs tərəfindən vurulub. O xəstəxanaya çatdırılmasına baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Mövzular: