Reklam resmi
Reklam resmi

İş yerindən altı min manat oğurlayan satıcı SAXLANILDI

İş yerindən altı min manat oğurlayan satıcı SAXLANILDI
Hadisə

Paytaxtın Səbail rayonunda oğurluq hadisəsi baş verib. Zərərçəkən polisə müraciət edərək ona məxsus marketdən 6 000 manat nağd vəsaitin naməlum şəraitdə talandığını bildirib.

Ajans.az xəbər verir ki, polis əməkdaşları tərəfindən keçirilən tədbirlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 46 yaşlı F.Muradov müəyyən edilərək saxlanılıb. Araşdırmalarla onun bir ay ərzində satıcı çalışdığı marketdən hissə-hissə pul vəsaitini oğurladığı məlum olub.

Faktla bağlı araşdırmalar aparılır. (oxu.az)

Mövzular:
səbail oğurluq polis araşdırma satıcı mağaza

Digər Xəbərlər