Bulvarda dənizdə batma təhlükəsi olan şəxs XİLAS EDİLDİ
Bakıda dənizdə batma təhlükəsi ilə üzləşən şəxs Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları tərəfindən xilas edilib.
Bu barədə Ajans.az-a FHN-dən məlumat verilib.
Bildirilib ki, nazirliyin "112" qaynar telefon xəttinə Səbail rayonunda yerləşən Dənizkənarı Milli Parkda bir nəfərin dənizdə batma təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub.
Məlumat əsasında hadisə yerinə FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin "Bakı-bulvarı" dalğıc-axtarış qrupu cəlb edilib.
Dalğıcların keçirdiyi operativ xilasetmə əməliyyatı nəticəsində 1961-ci il təvəllüdlü Hacıyev İlqar Qəzənfər oğlu Dənizkənarı Bulvar İdarəsinin Mühafizə Xidmətinin əməkdaşının iştirakı ilə xilas olunub.
Mövzular: