Reklam resmi
Reklam resmi

İlham Əliyev Xocavənd rayonunun Quzeyxırman kəndində olub

İlham Əliyev Xocavənd rayonunun Quzeyxırman kəndində olub
Siyasət, Daxili siyasət

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 11-də Xocavənd rayonunun Quzeyxırman kəndində olub.

Ajans.az xəbər verir ki, bu barədə Prezidentinin%20M%C9%99tbuat%20xidm%C9%99ti" target="_blank">Azərbaycan Prezidentinin Mətbuat xidməti məlumat yayıb.

Dövlətimizin başçısına burada QuzeyxırmanGüneyxırman kəndlərində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlər barədə məlumat verilib.

Sonra Prezident İlham Əliyev hər iki kəndə qayıdan sakinlərlə görüşüb.

Ağdam, FüzuliXocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov dövlətimizin başçısına QuzeyxırmanGüneyxırman kəndlərində sosial infrastrukturla bağlı görülən işlər barədə məlumat verdi.

Bildirildi ki, Güneyxırman Xocavənd rayonunun eyniadlı inzibati ərazi dairəsində yerləşir. Kənd 1992-ci ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdi. 2023-cü ildə keçirilən antiterror əməliyyatı nəticəsində kəndin işğalına son qoyulub. İşğaldan əvvəl sakinlər əsasən heyvandarlıq, üzümçülük və əkinçiliklə məşğul olub. Burada 2 məktəb, uşaq bağçası, xəstəxana, mədəniyyət evi, klub, kitabxana, idman kompleksi, çörək istehsalı müəssisəsi və rabitə şöbəsi fəaliyyət göstərib.

Kənddə ümumilikdə 549 fərdi ev var. Onlardan da 170-i yararsız, 379-u qismən yararlıdır. Artıq 50 ev istismara hazırdır, 147 evdə isə təmir işləri davam edir. Digər 182 evin isə təmir-bərpası ilə bağlı hazırlıq işləri gedir.

Bir neçə gün əvvəl kəndə 18 ailə (72 nəfər) qayıdıb.

Kənddə sosial infrastruktur sahəsində bir sıra işlər görülüb, yeni qaz xətti çəkilib, mövcud xətdə isə bərpa işləri aparılıb, subartezian quyularında nasos avadanlıqları quraşdırılıb, nasos stansiyasının tikintisi davam etdirilir. Kənddaxili su şəbəkəsi yenidən qurulub, fiber-optik kabel çəkilib.

Mövzular:
Azərbaycan Prezidentinin Mətbuat xidməti Quzeyxırman Güneyxırman İlham Əliyev Prezident Ağdam Xocavənd Füzuli

Digər Xəbərlər