Reklam resmi
Reklam resmi

Qazaxıstan kriptovalyutaları leqallaşdırmağa hazırlaşır 

Qazaxıstan kriptovalyutaları leqallaşdırmağa hazırlaşır 
Dünya

Qazaxıstan hökuməti kriptovalyutaları "kölgə iqtisadiyyatı"ndan çıxarmaq məqsədilə rəqəmsal aktivlərin könüllü şəkildə bəyan edilməsinə imkan verən hüquqi mexanizm yaratmağı planlaşdırır.

Ajans.az xəbər verir ki, bu barədə ölkənin rəqəmsal inkişaf, innovasiyalar və aerokosmik sənaye naziri Jaslan Madiyev məlumat verib.

Nazirin sözlərinə görə, əvvəllər kriptovalyuta almış və ya mədənçilik yolu ilə əldə etmiş vətəndaşlar aktivlərini Qazaxıstanın lisenziyalı provayderlərinin tənzimlənən infrastrukturuna köçürmək şərti ilə könüllü şəkildə bəyan edə biləcəklər. Bunun üçün hüquqi mexanizmin 2026-cı ilin sonunadək yaradılması nəzərdə tutulur.

Mövzular:
Qazaxıstan kriptovalyuta Jaslan Madiyev

Digər Xəbərlər