Reklam resmi
Reklam resmi

Avtomobil su hovuzuna DÜŞDÜ: Ölən VAR

Avtomobil su hovuzuna DÜŞDÜ: Ölən VAR
Hadisə

Xaçmaz rayonu, Ağyazıbuduq kəndi ərazisində avtomobil su hovuzuna düşüb.

Bu barədə Ajans.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, hadisə yerinə FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıcları cəlb olunub.

Dalğıclar tərəfindən qaldırıcı kranın köməyi ilə avtomobil və içərisində olan 1957-ci il təvəllüdlü Rafiq Paşa oğlu Kərimovun cəsədi sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

Mövzular:
xaçmaz avtomobil su hovuzu sürücü cəsəd fhn

Digər Xəbərlər