Ramil Həsənov yüksək vəzifəyə təyin edildi
Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyində (SOMDA) yeni təyinat olub.
Ajans.az qafqazinfo.az-a istinadən xəbər verir ki, bununla bağlı müvafiq sərəncam imzalanıb.
Sərəncama əsasən, general-mayor Ramil Həsənov SOMDA rəisi Sərdar Səfərovun müavini təyin edilib.
Qeyd edək ki, R.Həsənov Vətən müharibəsi iştirakçısıdır. General bundan əvvəl hüquq-mühafizə orqanlarında xidmət edib.
Mövzular: