Avtobus YANDI
Naxçıvan şəhərində avtobusun yanması ilə nəticələnən hadisə baş verib.
Ajans.az xəbər verir ki, hadisə köhnə avtobuslar üçün nəzərdə tutulmuş dayanacaq ərazisində qeydə alınıb.
İlkin məlumata görə, yanğın istismardan çıxarılan avtobusda başlayıb və alov yaxınlıqda dayanmış digər avtobusa da keçib.
Yanğın nəticəsində xəsarət alan olmasa da, avtobuslardan biri tamamilə yanaraq yararsız vəziyyətə düşüb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələri və polis əməkdaşları cəlb olunub. Görülən operativ tədbirlər nəticəsində yanğın qısa müddətdə lokallaşdırılaraq söndürülüb.
Faktla bağlı araşdırma aparılır, yanğının başvermə səbəbləri müəyyənləşdirilir.(Unikal)
Mövzular: