Reklam resmi
Reklam resmi

Yollarda yeni nişanlar OLACAQ

Yollarda yeni nişanlar OLACAQ
Cəmiyyət, Milli məclis

Avtonom nəqliyyat vasitələrinin hərəkətinə dair tələblər qoyulur.

Ajans.az xəbər verir ki, məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılan qanun layihəsində əksini tapıb.

Layihəyə əsasən, "Avtonom (sürücüsüz) nəqliyyat vasitəsi"ni bildirən yeni məlumat nişanı tətbiq ediləcək. Nişan avtonom nəqliyyat vasitələrinin hərəkətinə icazə verilən yol sahələrini göstərəcək.

Bununla yanaşı, yeni yol nişanları vasitəsilə avtonom nəqliyyat vasitələrinin hərəkət zonasının başlanğıcı və sonu da müəyyən ediləcək.

Dəyişikliklər sürücüsüz nəqliyyat vasitələrinin ölkədə mərhələli şəkildə tətbiqinə hazırlıq məqsədi daşıyır və onların hərəkətinin digər nəqliyyat iştirakçıları üçün daha aydın tənzimlənməsini nəzərdə tutur.

Məsələ üçüncü oxunuşda qəbul edilib. 

Mövzular:
yollar nişanlar sürücülər nəqliyyat avtonom Milli Məclis

Digər Xəbərlər