Bu halda piyadaları CƏRİMƏ GÖZLƏYİR
Azərbaycanda təkcə sürücülər deyil, piyadalar da yol hərəkəti qaydalarını pozduqda inzibati məsuliyyət daşıyırlar.
Ajans.az xəbər verir
ki, piyadaların yol hərəkəti təhlükəsizliyini pozan bir sıra hərəkətlərinə görə cərimələr nəzərdə tutulub.Qanunvericiliyə əsasən,
piyada svetoforunun qırmızı işığında yolu keçən, nizamlayıcının işarələrinə əməl
etməyən, yaxınlaşmaqda olan nəqliyyat vasitəsinin qarşısına qəflətən çıxan, həmçinin
qırmızı və ya göy sayrışan işıq və xüsusi səs siqnalı ilə hərəkət edən nəqliyyat
vasitəsi yaxınlaşarkən yolu tərk etməyən piyadalar 20 manat məbləğində cərimə
edilir.
Bundan başqa, hərəkət
sürəti həddinin 80 km/saat və ya daha yüksək müəyyən edildiyi yollarda
piyadaların yolu yalnız bunun üçün nəzərdə tutulmuş keçidlərdən keçməsinə icazə
verilir. Belə yollarda müəyyən olunmuş piyada keçidindən kənar yolu keçən şəxslər
40 manat məbləğində cərimə olunur.
Qanunvericiliyə görə,
80 km/saat və daha yüksək sürət həddi tətbiq edilməyən yollarda da piyadaların
müəyyən olunmamış yerdən yolu keçməsi inzibati məsuliyyət yaradır. Bu halda isə
20 manat məbləğində cərimə tətbiq edilir.
Beləliklə, qüvvədə
olan qanunvericiliyə əsasən, piyadalar üçün nəzərdə tutulan cərimələr qayda
pozuntusunun növündən asılı olaraq 20 və ya 40 manat təşkil edir. Bu tələblər həm
piyadaların, həm də digər hərəkət iştirakçılarının təhlükəsizliyinin təmin
olunmasına xidmət edir.