Azərbaycan Hava Yolları ödənişlə bağlı imkanlarını genişləndirir
9 iyul 2026-cı il, Bakı – AZCON Holding şirkətlərindən olan Azərbaycan Hava Yolları “Uzum Bank” ilə birlikdə Özbəkistandan olan sərnişinlər üçün onlayn ödəniş imkanlarını genişləndirib. Belə ki, artıq aviaşirkətin rəsmi internet səhifəsində aviabiletləri “Uzum Bank”ın təhlükəsiz ödəniş infrastrukturu vasitəsilə “HUMO” və “Uzcard” milli ödəniş kartları ilə əldə etmək mümkündür.
Ajans.az xəbər verir ki, yeni həll Azərbaycan və Özbəkistan arasında,
eləcə də aviaşirkətin marşrut şəbəkəsinə daxil olan digər istiqamətlər üzrə səyahət edən sərnişinlər üçün aviaşirkətin rəqəmsal xidmətlərinin rahatlığı və əlçatanlığının inkişafına yönəlib.Özbəkistan Azərbaycan Hava Yolları üçün Mərkəzi
Asiyanın ən dinamik inkişaf edən bazarlarından biri olaraq qalır. Hazırda
aviaşirkət Bakı ilə Daşkənd arasında həftədə 7 reys, Bakı ilə Səmərqənd
arasında isə ötən ilin aprel ayından etibarən həftədə 2 reys həyata keçirir.Bu
da iki ölkə arasında sərnişin axınının davamlı artımına töhfə verir. Son altı
ay ərzində Bakı – Daşkənd – Bakı və Bakı – Səmərqənd – Bakı marşrutları üzrə sərnişinlərin
sayı müvafiq olaraq 58% və 174% artıb ki, bu da Azərbaycan və Özbəkistan
arasında işgüzar, turizm və mədəni səfərlərə marağın yüksəldiyini göstərir.
“Biz marşrut seçimindən bilet alışınadək səyahətin
hər mərhələsini sərnişinlərimiz üçün mümkün qədər rahat etməyə çalışırıq. Özbəkistandan
olan sərnişinlər üçün ödəniş imkanlarının genişləndirilməsi rəqəmsal xidmətlərimizin
inkişafı və müştəri təcrübəsinin daha da təkmilləşdirilməsi istiqamətində mühüm
addımdır. Müasir maliyyə texnologiyalarının inteqrasiyası əməliyyatların yüksək
təhlükəsizliyini təmin etməklə yanaşı, bronlaşdırma prosesini istifadəçilər
üçün daha rahat edir”, – deyə Azərbaycan Hava Yollarının kommersiya üzrə baş
direktoru (CCO) Cəmil Mənizadə bildirib.
“İki ölkənin sakinləri arasında qarşılıqlı
marağın davamlı artdığını müşahidə edirik. Hazırda Bakı ilə Daşkənd arasında Azərbaycan
Hava Yolları tərəfindən həftədə 7-yə qədər müntəzəm reys həyata keçirilir, hər
iki ölkədə beynəlxalq sərnişin axını isə hər il artmaqda davam edir. “Fintech”
platforması olaraq bizim vəzifəmiz bu artan mobilliyi rahat rəqəmsal və maliyyə
alətləri ilə dəstəkləməkdir”, – deyə “Uzum FinTech”in baş icraçı direktoru
Roman Lavrentyev qeyd edib.
Azərbaycanın milli aviadaşıyıcısı sərnişinlərə
səyahətlərin planlaşdırılması və aviabiletlərin alınması üçün müasir, təhlükəsiz
və rahat həllər təqdim etməklə rəqəmsal xidmətlərini ardıcıl şəkildə inkişaf
etdirməyə davam edir.
“Azərbaycan Hava
Yolları” QSC-nin Mətbuat xidməti