Reklam resmi
Reklam resmi

22 milyardlıq liderlik: Fond bazarında zirvədə HANSI ŞİRKƏT QƏRARLAŞDI?

22 milyardlıq liderlik: Fond bazarında zirvədə HANSI ŞİRKƏT QƏRARLAŞDI?
İqtisadiyyat

Fond bazarında iyun ayının liderləri bəlli olub.

Ajans.az xəbər verir ki, Bakı Fond Birjasının açıqladığı renkinqə əsasən, “ABB Invest İnvestisiya Şirkəti” QSC iyun ayında 22 milyard 475 milyon 959 min 298 manat dövriyyə ilə ilk sırada qərarlaşıb. 

İkinci yeri 7 milyard 619 milyon 301 min 915 manat dövriyyə ilə “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC, üçüncü yeri isə 4 milyard 493 milyon 49 min 580 manat göstərici iləUnicapital İnvestisiya Şirkəti” ASC tutub. 

İlk beşlikdə həmçinin CPM-Invest İnvestisiya Şirkəti QSC (4,33 milyard manat) “Invest-Az İnvestisiya Şirkəti” QSC (3,38 milyard manat) yer alıb. 

Mələksəda Ziyad

Mövzular:
Bakı Fond Birjası Renkinq Fond bazatı

Digər Xəbərlər