Braziliya millisinin təyyarəsi ABŞ-ni bir futbolçu ilə tərk etdi
2026-cı il dünya çempionatı ilə vidalaşan Braziliya yığmasının təyyarəsi ABŞ-dən qeyri-adi şəkildə ayrılıb.
Ajans.az xəbər verir ki, ölkəyə qayıdan təyyarənin göyərtəsində cəmi bir futbolçu olub.
Yayımlanan məlumata əsasən, həmin sərnişin İspaniyanın "Real Madrid" və İngiltərənin "Mançester Siti" klublarındakı çıxışları ilə tanınan, hazırda isə Braziliyanın "Flamenqo" komandasında forma geyinən 34 yaşlı müdafiəçi Danilodur. Çarter reysi ilə Braziliyaya qayıtmağa yalnız o üstünlük verib, yığmanın digər üzvləri isə mundialı tərk edərək birbaşa tətillərinə yollanıblar.
Mövzular: