Reklam resmi
Reklam resmi

Bu gün sürprizlər sizi gözləyir-ŞAD XƏBƏR

Bu gün sürprizlər sizi gözləyir-ŞAD XƏBƏR
Maraqlı
561

9 İyul – gündəlik bürclər proqnozu.

Ajans.az günün ulduz falını təqdim edir:

Qoç: İnsanlarla ünsiyyətdə səmimiyyətə üstünlük verin. Ətrafınızdakıların xoşrəftar olması günün ümumi mənzərəsini sizin üçün daha ürəyəyatımlı edəcək.

Buğa: Olduqca rəvan bir gündür. Qarşıya qoyduğunuz ədalətli məqsədləri reallaşdırmaq şansınız var. Şəxsi büdcənizdə müəyyən artımlar gözlənilir.

Əkizlər: Təzadlı bir gün yaşaya bilərsiniz. Həm xoş, həm də gərgin məqamlarla qarşılaşa bilərsiniz, lakin tərəfinizi saxlayanlara qarşı dönük çıxmayın.

Xərçəng: Bəxtinizdə uğurlu bir iş günü durur. İştirakçısı olduğunuz proseslər ürəyinizcə olacaq. Yeni təkliflərə laqeyd yanaşmayın, saat 16:00–19:00 arası sevindirici hadisələr mümkündür.

Şir: Risk etməkdən çəkinin. Qeyri-ənənəvi işlərlə məşğul olmaq üçün uğurlu gün deyil. Vaxtınızı ürəyinizə yaxın olan şəxslərlə keçirməyə çalışın.

Qız: Maddi durumunuzun xeyli yaxşılaşacağı bir gündür. Günün ikinci yarısı bu istiqamətdə xüsusilə əlverişlidir. Gələn dəvətlərdən imtina etməyin.

Tərəzi: Sürprizlərlə dolu saatlar sizi gözləyir. Şəxsi işlərinizə müdaxilə etməyə çalışan insanlardan uzaq durun və yalan vədlər verməkdən çəkinin.

Əqrəb: Saat 15:00-a qədər bəzi xoşagəlməzliklərlə rastlaşa bilərsiniz, xüsusilə münasibətlərdə ehtiyatlı olun. Günün qalan hissəsi nisbətən sakit keçəcək.

Oxatan: Əlamətdar bir hadisənin şahidi ola bilərsiniz, buna hazır olun. Sağlamlığınıza diqqət yetirməyi unutmayın.

Oğlaq: Sevgi dolu bir gün sizi gözləyir. Qarşı tərəfin tələblərinə ədalətli yanaşın və dedi-qodudan uzaq durmağa çalışın.

Dolça: Özünüzü tənha hiss etməyin, sizə rəğbət bəsləyən insanlar çoxdur. Nahardan sonra gəzintiyə çıxmaq və ya qonaqlıqlarda iştirak etmək fikrinizi dağıtmağa kömək edəcək.

Balıqlar: Təzə xəbərlər eşidə bilərsiniz. Bu, yeni bir təklif və ya dəvət şəklində ola bilər. Axşama yaxın münasibətlərdə ehtiyatlı olmağınız məsləhətdir.

Mövzular:
bürclər proqnoz ulduz falı astroloqlar

Digər Xəbərlər