Avropa çempionatı Estoniyadan alındı
Estoniya rusiyalı və belaruslu idmançıların yarışa buraxılmasından imtina etdiyi üçün 2027-ci ildə keçiriləcək pnevmatik silahdan atıcılıq üzrə Avropa çempionatına ev sahibliyi etmək hüququnu itirib.
Ajans.az xəbər verir ki, qərarı Avropa Atıcılıq Konfederasiyasının (ESC) Rəyasət Heyəti qəbul edib. Bununla da yarışın keçirilməsi Tallindən İspaniyanın Qranada şəhərinə köçürülüb.
ESC bildirib ki, sözügedən çempionat ən iri beynəlxalq yarışların seçmə mərhələsinin tərkib hissəsidir. Turnir 2028-ci ildə ABŞ-nin Los-Anceles şəhərində keçiriləcək Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıdığından, iştirak hüququ olan bütün idmançılar yarışa buraxılmalıdır.
Mövzular: