Reklam resmi
Reklam resmi

"Zirə" Gürcüstan klubunu məğlub etdi

\"Zirə\" Gürcüstan klubunu məğlub etdi
İdman

UEFA Konfrans Liqasının I təsnifat mərhələsində “Zirə” və Gürcüstanın “Torpedo” komandaları arasında Sumqayıtda keçirilən ilk oyun keçirilib.

Ajans.az xəbər verir ki, Sumqayıt şəhər stadionunda oynanılan görüş Azərbaycan təmsilçisinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Hesabı 32-ci dəqiqədə Ruan Renato açıb. Davit Volkov 47-ci dəqiqədə tablodakı rəqəmləri 2:0 edib. Matçda son nöqtəni penaltidən dublunu rəsmiləşdirən Ruan Renato qoyub.

Qeyd edək ki, komandalar arasında cavab oyunu iyulun 16-da Gürcüstanda olacaq.

Mövzular:
zirə gürcüstan klub qalib

Digər Xəbərlər