"Microsoft" 4,8 min əməkdaşını ixtisar edəcək
"Microsoft" xərcləri optimallaşdırmaq və süni intellekt dövrünün tələblərinə uyğunlaşmaq məqsədilə 4,8 min əməkdaşını, yəni ümumi işçi heyətinin təxminən 2,1%-ni ixtisar edəcəyini açıqlayıb.
Ajans.az xəbər verir ki, ixtisarlar şirkətin "Xbox" oyun bölməsinə də ciddi təsir göstərəcək və burada əməkdaşların təxminən beşdə biri işdən çıxarılacaq.
Şirkət həmçinin "Ninja Theory" və "Undead Labs" studiyalarını satmağı, "Double Fine" və "Compulsion Games" studiyalarını isə yenidən özəl mülkiyyətə qaytarmağı planlaşdırır, "Arkane Studios" ilə bağlı isə mümkün satış və ya ayrılma variantları nəzərdən keçiriləcək.
Mövzular: