Monakoda partlayışı edən şübhəlinin MEYİTİ TAPILDI
Monakoda ukraynalı oliqarx Vadim Yermolayevə qarşı törədilmiş partlayışda şübhəli bilinən qadının meyiti Ukraynanın Kiyev vilayəti yaxınlığında basdırılmış vəziyyətdə aşkar edilib.
Ajans.az xarici mediaya istin adən xəbər verir ki, 39 yaşlı qadın güllələnərək qətlə yetirilib.
Hadisə ilə bağlı iki nəfər saxlanılıb. Onlardan biri Ukrayna Baş Kəşfiyyat İdarəsinin (BKİ) əməkdaşı, digəri isə hüquq-mühafizə orqanlarının keçmiş əməkdaşıdır.
İstintaqın ilkin məlumatına əsasən, öldürülən qadın 2025-ci il martın 22-dən 2026-cı il iyulun 1-dək Ukrayna ərazisindən kənarda olub.
Hüquq-mühafizə orqanları qətlin motivi və hadisənin Monakoda oliqarx Vadim Yermolayevə qarşı törədilmiş partlayışla mümkün əlaqəsini araşdırır.
Mövzular: