Reklam resmi
Reklam resmi

Rusiyada kanat yolunda DƏHŞƏTLİ ANLAR

Rusiyada kanat yolunda DƏHŞƏTLİ ANLAR
Dünya

Rusiyanın Nijni Novqorod vilayətində Volqa çayı üzərində fəaliyyət göstərən kanat yolunda nasazlıq baş verib. Nəticədə qondolalar təxminən 60 metr yüksəklikdə bir-birinə çırpılıb, sərnişinlər isə bir saatdan çox havada köməksiz qalıblar.

Ajans.az xəbər veir ki, hadisə zamanı dördü uşaq olmaqla ümumilikdə 16 nəfər qondolalarda olub. Onlar yaşadıqları anları "həyatlarının ən böyük qorxusu" kimi qiymətləndiriblər.

Məlumata görə, kanat sistemi qəfil sıradan çıxıb. Nəticədə əvvəlcə iki qondola bir-birinə yaxınlaşıb, daha sonra isə digər kabinələr də onlara tərəf sürüşərək toqquşma təhlükəsi yaradıb.

Hadisə yerindən yayılan görüntülərdə qondolaların güclü şəkildə yelləndiyi, kabinələrin bir-birinə toxunduğu və sərnişinlərin böyük panika yaşadığı əks olunub. Toqquşma nəticəsində qondolalardan birinin aşağı düşə biləcəyi ilə bağlı ciddi narahatlıq yaranıb.

Xilasedicilər bir saatdan çox davam edən əməliyyatdan sonra bütün sərnişinləri təhlükəsiz şəkildə yerə endiriblər. Görüntülərdə insanların təhlükəsizlik ipləri vasitəsilə təxliyə edildiyi əks olunur.

Hadisə Volqa çayı üzərində yerləşən, uzunluğu iki mildən (təxminən 3,2 kilometr) çox olan və Nijni Novqorod şəhərini Bor şəhəri ilə birləşdirən kanat yolunda baş verib.

Rəsmilərin bildirdiyinə görə, qəzanın səbəbi güclü yağış və külək nəticəsində kanat yolunun stansiyasına dəyən ziyan olub. Əlverişsiz hava şəraiti sistemin qəfil dayanmasına səbəb verib.

author picture
Leyla Bayandurlu
Mövzular:
Rusiya kanat yolu

Digər Xəbərlər