Reklam resmi
Reklam resmi

Yeniyetmə dənizdə BATDI

Yeniyetmə dənizdə BATDI
Hadisə

Mərdəkanda dənizdə yeniyetmə oğlan batıb.

Bu barədə Ajans.az-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən bildirilib. 

Məlumata görə, dünən axşam saatlarında Fövqəladə Hallar Nazirliyinin “112" qaynar xəttinə Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində dənizdə nəzarətsiz ərazidə 1 nəfərin batması barədə ilkin məlumat daxil olub və dərhal əraziyə FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri cəlb olunaraq axtarışlara başlanılıb. 

Hazırda vətəndaş - 2010-cu il təvəllüdlü Hümbətov Vüsal Arif oğlunun batdığı ehtimal edilən istiqamətlərdə axtarışlar davam etdirilir. 


Digər Xəbərlər