Portuqaliya millisinin baş məşqçisi VƏZİFƏSİNDƏN AYRILDI
İspaniyalı mütəxəssis Roberto Martinez Portuqaliya millisinin baş məşqçisi vəzifəsindən ayrıldığını rəsmən bəyan edib.
Ajans.az xəbər verir ki, Portuqaliya 2026-cı il Dünya Çempionatının 1/8 final mərhələsində İspaniyaya 0:1 hesabı ilə məğlub olaraq turnirlə vidalaşıb. Bundan sonra Martinez komandadakı fəaliyyətini başa vurduğunu açıqlayıb.
"Dövr başa çatdı. İndi milli komandaya yeni bir səs lazımdır. Federasiya rəhbərliyinə göstərdikləri dəstəyə görə təşəkkür edirəm. Ümid edirəm ki, portuqaliyalılar birlikdə keçirdiyimiz üç il yarımı xoş xatirələrlə xatırlayacaqlar.
Portuqaliya millisinə rəhbərlik edərkən əsas məqsədim Dünya Kubokunu qazanmaq idi. İndi isə müqaviləm başa çatıb və əlavə deyəcək sözüm yoxdur", – deyə Martinezin sözlərini A Bola nəşri sitat gətirib.
Qeyd edək ki, Roberto Martinez 2023-cü ildən Portuqaliya millisinə rəhbərlik edirdi. O, bu vəzifəyə təyin olunmazdan əvvəl uzun illər Belçika millisinin baş məşqçisi olub.