Reklam resmi
Reklam resmi

Bu ölkədə DƏHŞƏT: Tanınmış sima maşınında GÜLLƏLƏNDİ

Dünya
416

ABŞ-nin Florida ştatında məşhur TikTok fenomeni Brianna Johnson güllələnərək öldürülüb.

Ajans.az xəbər verir ki,bu barədə CBS telekanalı yerli polisə istinadən məlumat yayıb.

Təxminən 500 min izləyicisi olan və DreamDoll Brii ləqəbi ilə tanınan 21 yaşlı Brianna Johnson hadisə zamanı iki nəfərlə birlikdə əhəng yaşılı Lamborghini Urus avtomobilində hərəkətdə olub. Hadisə bazar günü səhər tezdən Miramar şəhərində baş verib.

Polisin məlumatına görə, həmin vaxt ağ rəngli sedan markalı avtomobil Lamborghini-yə yaxınlaşaraq avtomobildə olanlara atəş açıb.

Nəticədə Brianna Johnson hadisə yerində ölüb. Avtomobildə olan digər iki nəfər ağır güllə yaraları alaraq xəstəxanaya çatdırılıb. Onların vəziyyətinin ağır olduğu bildirilir.

Atəş nəticəsində Lamborghini-nin sürücüsü idarəetməni itirib. Avtomobil yol ayrıcından çıxaraq küçənin qarşı tərəfində yerləşən yaşayış binasına çırpılıb. Hadisə yaxınlıqdakı müşahidə kamerası tərəfindən qeydə alınıb.

Yerli sakinlər bildiriblər ki, hücum ABŞ-ın Müstəqillik Günü bayramı həftəsonuna təsadüf etdiyindən, ilk anda eşitdikləri atəş səslərini fişəng partlayışları zənn ediblər.

Silahlı Zorakılıq Arxivinin (Gun Violence Archive) məlumatına əsasən, Müstəqillik Günü həftəsonu ərzində ABŞ-da baş verən silahlı insidentlər nəticəsində 100 nəfər həyatını itirib. Həmin dövrdə ölkə üzrə 20 kütləvi atışma hadisəsi qeydə alınıb.

author picture
Leyla Bayandurlu
Mövzular:
ABŞ Florida ştatı

Digər Xəbərlər