Reklam resmi
Reklam resmi

Çində torpaq sürüşməsi: 5 nəfər ölüb, 12 nəfər itkin düşüb

Çində torpaq sürüşməsi: 5 nəfər ölüb, 12 nəfər itkin düşüb
Dünya

Çinin şimal-qərbində yerləşən Qansu əyalətində baş verən torpaq sürüşməsi nəticəsində 5 nəfər ölüb, 12 nəfər itkin düşüb.

Ajans.az xəbər verir ki, bu barədə "Xinxua" agentliyi məlumat yayıb.

Məlumata görə, hadisə yerli vaxtla saat 06:56-da Qansu əyalətinin Lunnan şəhərinin Tançan qəzasının Nanxe qəsəbəsində yerləşən Jenzan kəndində qeydə alınıb.

Yerli hakimiyyət orqanlarının bildirdiyinə görə, torpaq kütləsi altında ümumilikdə 33 nəfər qalıb. Onlardan 21-i xilas edilib. Xilas olunanlardan 5-i həkimlərin bütün səylərinə baxmayaraq həyatını itirib.

Hazırda itkin düşən 12 nəfərin tapılması istiqamətində genişmiqyaslı axtarış-xilasetmə əməliyyatı davam etdirilir.

Mövzular:
Çin torpaq sürüşməsi itkin Jenzan kəndi

Digər Xəbərlər