Ağır yol-nəqliyyat hadisəsi- ÖLƏN VAR
Culfada piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Ajans.az xəbər verir ki, hadisə Əbrəqunus – Güznüt avtomobil yolunda qeydə alınıb. Culfa rayon sakini, 1998-ci il təvəllüdlü Yusif Xudaverdiyevin idarə etdiyi 72-BB-375 dövlət nömrə nişanlı “VAZ 21074” markalı avtomobillə 1961-ci il təvəllüdlü Muxtar Hüseynovu vurub. Piyada hadisə yerində həyatını itirib.
Faktla bağlı cinayət işi başlanıb.(APA)
Mövzular: