Polşa Ukraynaya hərbi yardımı 15 dəfə azaldıb
Polşanın Ukraynaya göstərdiyi hərbi yardımın həcmi 2024–2026-cı illərdə 2022–2023-cü illərlə müqayisədə 15 dəfə azalıb.
Ajans.az xəbər verir ki, bu barədə Polşa Müdafiə Nazirliyinin "Rzeczpospolita" qəzetində dərc olunan məlumatında bildirilib.
Polşanın müdafiə naziri Vladislav Kosinyak-Kamış bildirib ki, ölkənin Ukraynaya indiyədək göstərdiyi ümumi hərbi yardımın dəyəri 16,55 milyard zlotı təşkil edib. Bu məbləğin təxminən 15 milyard zlotısı 2022–2023-cü illərdə ayrılıb. 2024–2026-cı illərdə isə yardımın həcmi cəmi 1,55 milyard zlotı olub.
Mövzular: