Reklam resmi
Reklam resmi

Gəncə şəhər Heydər Əliyev Mərkəzində Türkiyə ədəbiyyatı bölümü açılıb

Gəncə şəhər Heydər Əliyev Mərkəzində Türkiyə ədəbiyyatı bölümü açılıb
Cəmiyyət

6 iyul 2026-cı il tarixində Gəncə şəhər Heydər Əliyev Mərkəzində Azərbaycan və Türkiyə arasında mədəni əlaqələrin inkişafına töhfə vermək məqsədilə yaradılmış “Türkiyə ədəbiyyatı” bölümünün rəsmi açılış mərasimi keçirilib.

Ajans.az xəbər verir ki, tədbir Azərbaycan Respublikasının və Türkiyə Cümhuriyyətinin Dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb. Çıxış edənlər bildiriblər ki, yeni bölüm Azərbaycan–Türkiyə qardaşlığının, ortaq dil, tarix və mədəni dəyərlərin təbliğinə xidmət edən növbəti mühüm təşəbbüsdür. Qeyd olunub ki, bu cür layihələr iki ölkə arasında mədəni-humanitar əməkdaşlığın daha da möhkəmlənməsinə və gənc nəslin ortaq dəyərlər əsasında formalaşmasına töhfə verir.

Tədbirin sonunda iştirakçılar kitabxanada yaradılmış bölümlə tanış olublar. Burada türk ədəbiyyatının klassik və müasir nümunələri nümayiş etdirilib, yeni bölümün oxucular üçün mühüm mütaliə və maarifləndirmə məkanı olacağı vurğulanıb.

Mövzular:
Gəncə Heydər Əliyev Mərkəzi Türkiyə ədəbiyyat

Digər Xəbərlər