İsrail Livanda dörd şübhəlinin olduğu avtomobilə zərbə endirib
İsrail Müdafiə Ordusu Livanın cənubunda potensial təhlükə yaradan dörd nəfərin olduğu avtomobilə zərbə endirib.
Ajans.az xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
"Bu yaxınlarda Əl-Əqidə bölgəsində təhlükəsizlik zonasına yaxınlaşan və əsgərlər üçün təhlükə yaradan avtomobildə dörd şübhəli aşkarlanıb. İdentifikasiyadan sonra İsrail Hərbi Hava Qüvvələri təhlükəni aradan qaldırmaq üçün nöqtəvi zərbə endirib", - bəyanatda bildirilib.
Mövzular: