Reklam resmi
Reklam resmi

Motoxuliqanlıq edən şəxs HƏBS EDİLDİ

Motoxuliqanlıq edən şəxs HƏBS EDİLDİ
Hadisə

Bakıda yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq motoxuliqanlıq edən və həmin görüntüləri sosial şəbəkədə paylaşan motosiklet sürücüsü polis əməkdaşları tərəfindən müəyyən edilib.

Ajans.az xəbər verir ki, Xəzər Rayon Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən keçirilən profilaktik tədbirlər zamanı 21 yaşlı Zülfüqar Ağazadə saxlanılıb.

Onun barəsində İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib.

Məhkəmənin qərarı ilə Z. Ağazadə inzibati qaydada həbs edilib.

Mövzular:
Motoxuliqanlıq həbs İnzibati Xətalar Məcəlləsi

Digər Xəbərlər