Reklam resmi
Reklam resmi

Qaqik Tsarukyan HƏBS EDİLDİ

Qaqik Tsarukyan HƏBS EDİLDİ
Dünya

İş adamı və Çiçəklənən Ermənistan Partiyasının sədri Qaqik Tsarukyan külli miqdarda fırıldaqçılıq və çirkli pulların yuyulması ittihamları ilə həbs edilib.

Ajans.az-ın məlumatına görə, bu barədə Ermənistan Respublikasının İstintaq Komitəsi açıqlama yayıb.

"Ermənistan İstintaq Komitəsinin İqtisadi Cinayətlər və Qaçaqmalçılıq üzrə Baş İstintaq İdarəsi tərəfindən araşdırılan cinayət işlərindən birində, Qaqik Tsarukyan tərəfindən təşkil edilən bir sıra şəxslərin 2022-2024-cü illər ərzində xüsusilə böyük miqyasda fırıldaqçılıq və xüsusilə böyük miqyasda çirkli pulların yuyulması ilə bağlı faktiki məlumatlar əldə edilib" - açıqlamada bildirilib.

Mövzular:
Qaqik Tsarukyan Çiçəklənən Ermənistan Partiyası həbs

Digər Xəbərlər