Türkiyə-Azərbaycan Universitetinin Himayəçilər Şurasının 7-ci iclası keçirilib
Türkiyə-Azərbaycan Universitetinin Himayəçilər Şurasının 7-ci iclası keçirilib.
Ajans.az xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyinin "X" sosial şəbəkə hesabında məlumat paylaşıb.
İclasda elm və təhsil naziri Emin Əmrullayev, Azərbaycanda səfərdə olan Türkiyə Ali Təhsil Şurasının (YÖK) sədri Erol Özvarın rəhbərlik etdiyi nümayəndə heyəti, o cümlədən Türkiyə-Azərbaycan Universitetinin fəaliyyətində iştirak edən Hacettepe Universiteti, İstanbul Texniki Universiteti (İTÜ) və Orta Doğu Texniki Universitetinin (ODTÜ) rektorları iştirak ediblər.
İclas çərçivəsində Türkiyə–Azərbaycan Universitetinin illik hesabatı, eləcə də inkişaf perspektivləri müzakirə edilib.
Mövzular: