Reklam resmi
Reklam resmi

Rusiya Ukraynanın itkilərini yenilədi

Rusiya Ukraynanın itkilərini yenilədi
Dünya

 Rusiya müharibənin 1594-cü günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib.

Ajans.az  xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat yayıb.

“Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 673 təyyarəsi, 284 helikopteri, 175 506 PUA-sı, 664 zenit-raket kompleksi, 30 048 tank və digər zirehli texnikası, 1 754 reaktiv yaylım atəş sistemi, 35 666 artilleriya və minaatanı, 65 761 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, - o bildirib.

Mövzular:
Rusiya Ukrayna Rusiya Müdafiə Nazirliyi İqor Konaşenkov itkilər

Digər Xəbərlər