Reklam resmi
Reklam resmi

Trampın tədbirdəki görüntüləri gündəm oldu

Dünya

ABŞ Prezidenti Donald Trump Vaşinqtonda ABŞ-ın 250 illik yubileyinə həsr olunmuş tədbir zamanı maraqlı anlarla sosial şəbəkələrin gündəminə çevrilib.

Ajans.az xarici mediaya istinadən xəbər verir ki, mərasim başlamazdan əvvəl yayımlanan canlı görüntülərdə Donald Tramp və xanımı Melania Trump prezident lojasında televiziya ekranına baxarkən görüntüləniblər. Ekranda isə canlı yayım vasitəsilə onların arxadan görünüşü əks olunurdu. Bu görüntü izləyicilər arasında "sonsuz güzgü effekti" yaratdığı üçün qısa zamanda sosial şəbəkələrdə geniş müzakirə olunub.

Daha sonra Tramp smartfonunun ön kamerasından istifadə edərək saçını və qalstukunu düzəldib. O, eyni zamanda ekrandakı görüntüsünə əl yelləyib. Bu anlar da sosial media istifadəçiləri tərəfindən sürətlə paylaşılıb və çoxsaylı zarafatlara səbəb olub.

Bəzi istifadəçilər prezidentin davranışını yumorla qarşılayaraq bunu tədbirin ən yaddaqalan anlarından biri adlandırıblar. Digərləri isə hadisəni tənqid edərək Trampın davranışını özünə həddindən artıq diqqət göstərməsinin nümunəsi kimi qiymətləndiriblər.

Beləliklə, ABŞ-ın 250 illik yubileyinə həsr olunmuş tədbirdən yayılan bu görüntülər internetdə geniş rezonans doğuraraq yeni memlərin yaranmasına səbəb olub.

author picture
Leyla Bayandurlu
Mövzular:
Donald Tramp ABŞ

Digər Xəbərlər