Bu ölkədə matəm ELAN OLUNDU
Kiyev meri Vitali Kliçko 6 iyul gecəsi paytaxta həyata keçirilən hücumun son dövrlərin ən kütləvi hücumlarından biri olduğunu bildirib.
Ajans.az xəbər verir ki, Kliçko bu barədə özünün Telegram kanalında paylaşım edib.
"Sabah, 7 iyul, paytaxta düşmənin ən kütləvi hücumunun qurbanlarının xatirəsinə Kiyevdə matəm günü elan edilib. Şəhərdəki bütün inzibati binalarda dövlət bayraqları yarıya endiriləcək. Həmin gün paytaxtda bütün əyləncə tədbirləri ləğv olunub", – deyə mer qeyd edib.
Onun sözlərinə görə, Podolski və Darnitski rayonlarında zədələnmiş yaşayış binalarında axtarış-xilasetmə əməliyyatları davam edir. Xilasedicilər dağıntılar altında qalan insanları axtarmağı davam etdirirlər.
Kliçko bildirib ki, son məlumata əsasən, hücum nəticəsində 11 nəfər həlak olub.
Mövzular: