Uşaqlarınızı gizləyin, Tramp gəlir! – İstanbulda diqqətçəkən BANNER
ABŞ Prezidenti Donald Trumpin NATO sammiti ilə əlaqədar Türkiyəyə gözlənilən səfəri ərəfəsində İstanbulda etiraz aksiyası keçirilib.
Ajans.az xəbər verir ki, yerli fəallar şəhərin simvollarından biri olan Haliç körpüsünə böyük ölçülü etiraz banneri asıblar.
Bannerdə türk və ingilis dillərində "Uşaqlarınızı gizləyin, Tramp gəlir!" ifadəsi yer alıb.
Etiraz aksiyasının ABŞ prezidentinin NATO sammiti çərçivəsində Türkiyəyə planlaşdırılan səfəri ilə əlaqədar təşkil olunduğu bildirilir. Aksiya ilə bağlı rəsmi qurumlar hələlik açıqlama verməyiblər.
Mövzular: