Bu ölkədə həbsxanada baş verən iğtişaşlarda 25 nəfər ÖLÜB
Şri-Lankanın qərbində yerləşən Neqombo şəhərindəki islah müəssisəsində baş verən iğtişaşlar nəticəsində azı 25 nəfər həlak olub.
Ajans.az xarici mediaya istinadən xəbər verir ki, hadisə zamanı təxminən 100 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb və xəstəxanaya yerləşdirilib.
Məlumata görə, ağır yaralananlar müalicə üçün paytaxt Kolombodakı Milli Xəstəxanaya köçürülür.
Bildirilir ki, həlak olanlar arasında həbsxana əməkdaşları və təhlükəsizlik qüvvələrinin nümayəndələri də var.
Hadisənin başvermə səbəbləri araşdırılır. Rəsmi qurumlar insidentlə bağlı istintaq başladıldığını açıqlayıblar.
Mövzular: