Reklam resmi
Reklam resmi

Arzum yenidən hakim qarşısına çıxarılacaq

Arzum yenidən hakim qarşısına çıxarılacaq
Kriminal

Yol-nəqliyyat hadisəsində bir nəfərin ölümü və digərinin xəsarət almasında təqsirləndirilən  İlduzə Hacıyeva barəsindəki hökmdən apellyasiya şikayəti verib.

Ajans.az xəbər verir ki, bununla bağlı təqsirləndirilən şəxsin vəkili Hikmət Əliyev məlumat verib.

Vəkilin bildirdiyinə görə, İlduzə Hacıyeva Xəzər Rayon Məhkəməsinin barəsində çıxardığı qərardan narazıdır.

Qeyd edək ki, Xəzər Rayon Məhkəməsinin hökmünə əsasən, İlduzə Hacıyeva 5 il 2 ay müddətinə azadlıqdan məhrum edilib.

Dövlət ittihamçısı isə məhkəməyə İlduzə Hacıyevanın 5 il 9 ay müddətinə azadlıqdan məhrum olunmasını təklif etmişdi.

Xatırladaq ki, hadisə 2025-ci ilin iyununda paytaxtın Xəzər rayonu, Mərdəkan qəsəbəsində qeydə alınıb. Qəza nəticəsində qarşı tərəfdən bir nəfər ölüb, digəri isə ağır xəsarət alıb.

 İlduzə Hacıyevaya qarşı Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və ya nəqliyyat vasitəsinin istismarı qaydalarının pozulması - ölümlə nəticələndikdə) və 264-cü (yol-nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ittiham irəli sürülüb.(oxu.az)

Mövzular:
İlduzə Hacıyeva məhkəmə şikayət hadisə

Digər Xəbərlər