Reklam resmi
Reklam resmi

Avropada yeni təhlükə: Ölümcül infeksiya YAYILIR

Avropada yeni təhlükə: Ölümcül infeksiya YAYILIR
Dünya

Avropada ağır və bəzən ölümcül infeksiyalara səbəb ola bilən Vibrio vulnificus bakteriyasının yayılma riski artıb.

Ajans.az xəbər verir ki, bu barədə Metro nəşri məlumat yayıb.

Məlumata görə, European Centre for Disease Prevention and Control (ECDC) "ətyeyən bakteriya" kimi tanınan Vibrio vulnificus ilə yoluxma riskinin artdığı barədə xəbərdarlıq edib.

Bildirilir ki, bu bakteriya toxumaların sürətlə məhvinə səbəb olan nekrotik fasiit xəstəliyini törədə bilər. Ağır hallarda xəstənin həyatını xilas etmək üçün ətrafların amputasiyası zəruri ola bilər. İnfeksiya qan dövranına keçərsə, sepsis inkişaf edə və bu da ölüm riski yarada bilər.

Mütəxəssislərin sözlərinə görə, bakteriya əsasən ilıq və az duzlu suların mövcud olduğu estuarilər və laqunlarda daha sürətlə çoxalır.

Qeyd olunur ki, Aralıq dənizində yüksək duzluluq səviyyəsi indiyədək Vibrio vulnificus bakteriyasının geniş yayılmasının qarşısını alırdı. Lakin iqlim dəyişikliyi nəticəsində dəniz suyunun temperaturunun yüksəlməsi və bəzi ərazilərdə duzluluğun azalması bakteriyanın yayılması üçün daha əlverişli şərait yarada bilər.

author picture
Leyla Bayandurlu
Mövzular:
Avropa infeksiya

Digər Xəbərlər