Reklam resmi
Reklam resmi

ABŞ-də qadın atəş açdı: ordu veteranı HƏLAK OLDU

ABŞ-də qadın atəş açdı: ordu veteranı HƏLAK OLDU
Dünya

ABŞ-nin Florida ştatında supermarketin dayanacağında baş verən mübahisə faciə ilə nəticələnib. Dayanacaq yeri üstündə yaranan münaqişə zamanı bir qadın ordu veteranını güllələyərək öldürüb.

Ajans.az xəbər verir ki, bu barədə CBS News Broward dairəsinin Şerif Ofisinə istinadən məlumat yayıb.

Məlumata görə, hadisə Broward dairəsinin North Lauderdale şəhərində yerləşən Walmart mağazasının dayanacağında baş verib.

Hadisə yerinə gələn təcili tibbi yardım əməkdaşları yaralını xəstəxanaya çatdırsalar da, onun həyatını xilas etmək mümkün olmayıb.

Şübhəli qadın hüquq-mühafizə orqanlarına ifadəsində silahdan özünümüdafiə məqsədilə istifadə etdiyini bildirib.

Həlak olan şəxsin bacısının sözlərinə görə, o, ABŞ ordusunun veteranı olub və İraqda keçirilən "Səhra Fırtınası" (Operation Desert Storm) hərbi əməliyyatında iştirak edib.

Hadisə ilə bağlı araşdırma aparılır.

author picture
Leyla Bayandurlu
Mövzular:
ABŞ Florida ştatı

Digər Xəbərlər