Fransada bir həftədə 2 mindən çox insan ÖLÜB
Fransada davam edən güclü isti hava dalğası fonunda bir həftə ərzində 2 mindən çox əlavə ölüm halı qeydə alınıb.
Ajans.az xəbər verir ki, bu barədə Le Figaro qəzeti ölkənin səhiyyə naziri Stefani Ristin açıqlamasına istinadən məlumat yayıb.
Nazirin sözlərinə görə, iyunun 22–28-i tarixlərində əvvəlki həftə ilə müqayisədə isti hava ilə əlaqələndirilən təxminən 2 025 əlavə ölüm halı qeydə alınıb.
"Bu dövrdə evdə baş verən ölüm hallarının sayı da 91 faiz artıb", – deyə Rist bildirib.
O qeyd edib ki, açıqlanan statistika elektron ölüm şəhadətnamələrinə əsaslanır və ölkədə qeydə alınan ümumi ölüm hallarının təxminən 60 faizini əhatə edir.
Xatırladaq ki, bundan əvvəl Fransanın milli meteorologiya xidməti ölkənin 96 departamentindən 72-də ən yüksək səviyyəli isti hava xəbərdarlığı elan etmişdi. Bəzi bölgələrdə havanın temperaturu 40 dərəcəni keçib.
Mövzular: