Reklam resmi
Reklam resmi

Tramp Maskla fikir ayrılığını etiraf etdi, amma onu təriflədi

Tramp Maskla fikir ayrılığını etiraf etdi, amma onu təriflədi
Dünya

ABŞ Prezidenti Donald Tramp bildirib ki, SpaceXTesla şirkətlərinin rəhbəri İlon Maskın sərvətinin 1 trilyon dolları ötməsi münasibətilə ona təbrik məktubu göndərib.

Ajans.az xəbər verir ki, bu barədə CNBC-ə müsahibəsində bildirib.

"Mən ona məktub yazdım və dedim: "Təbrik edirəm, çox yaxşı"", – deyə Tramp bildirib.

ABŞ lideri əlavə edib ki, Maskla münasibətləri hələ də çox yaxşıdır.

Bununla yanaşı, Tramp qeyd edib ki, administrasiyasının ABŞ-də elektrik avtomobillərinin istifadəsini məcburi edən siyasətdən imtina etməsi onların arasında müəyyən fikir ayrılığı yaradıb.

"Elon bundan məmnun deyil və mən bunu başa düşürəm. Amma o, işlərini uğurla davam etdirir", – deyə Tramp vurğulayıb.

author picture
Leyla Bayandurlu
Mövzular:
Donald Tramp İlon Mask ABŞ

Digər Xəbərlər