Paşinyan Rusiyaya SƏFƏR EDƏCƏK
Ermənistanın Baş naziri Nikol Paşinyan gələn həftə Rusiyaya səfər etməyi planlaşdırır.
Ajans.az Rusiya mətbuatına istinadən xəbər verir ki, ermənistanlı hökumət başçısının adı və soyadı Yekaterinburqda keçiriləcək “İnnoprom” adlı beynəlxalq sənaye sərgisinə dəvət almış spikerlərin siyahısında yer alır.
Paşinyanın iyulun 7-də Rusiyanın Baş naziri Mixail Mişustinlə birlikdə Yekaterinburqa səfər edəcəyi və forumun əsas plenar iclasında iştirak edəcəyi gözlənilir.
Mövzular: