Albaniyada İĞTİŞAŞLAR: 15 nəfər yaralanıb
Tiranada parlament binası qarşısında baş verən toqquşmalar zamanı 15 polis əməkdaşı və hökumət əleyhinə keçirilən etiraz aksiyasının dörd iştirakçısı xəsarət alıb.
Ajans.az xəbər verir ki, cümə axşamı keçirilən etiraz aksiyası nümayişçilərlə polis arasında qarşıdurmaya çevrilib. Etirazçılar parlament binasının çıxışlarını bağlayaraq plenar iclas başa çatdıqdan sonra deputatların və nazirlərin binanı tərk etməsinə mane olublar.
Etirazçılar metal maneələri aşmağa cəhd ediblər. Buna cavab olaraq polis bibər qazı spreyindən istifadə edib.
Aksiya iştirakçılarından 18 nəfər saxlanılıb.
Mövzular: