Reklam resmi
Reklam resmi

Moskvada hava limanı uçuşları yenidən DAYANDIRDI

Moskvada hava limanı uçuşları yenidən DAYANDIRDI
Dünya

Moskvanın Jukovski hava limanında iyulun 3-ü səhər saatlarında uçuşların qəbulu və yola salınması yenidən dayandırılıb.

Ajans.az xəbər verir ki, bu barədə Rusiyanın Federal Hava Nəqliyyatı Agentliyi (Rosaviasiya) rəsmi Telegram kanalında məlumat yayıb.

Məlumata görə, hava limanında məhdudiyyətlər Moskva vaxtı ilə saat 10:55-dən etibarən qüvvəyə minib. Hazırda Jukovski hava limanı nə eniş, nə də uçuş reyslərini qəbul edir.

Qeyd olunur ki, bu, gün ərzində Jukovski hava limanında tətbiq edilən ikinci belə məhdudiyyətdir.

Rosaviasiya məhdudiyyətlərin səbəbi ilə bağlı hələlik əlavə məlumat verməyib.

author picture
Leyla Bayandurlu
Mövzular:
Rusiya Rusiyanın Federal Hava Nəqliyyatı Agentliyi

Digər Xəbərlər