Reklam resmi
Reklam resmi

Bu ölkədə DƏHŞƏTLİ QƏZA: 40 nəfər HƏLAK OLDU

Dünya

Pakistanın Bəlucistan əyalətində sərnişin avtobusunun dərəyə aşması nəticəsində azı 40 nəfər həlak olub, daha səkkiz nəfər isə xəsarət alıb.

Ajans.az xəbər verir ki,bu barədə Dawn qəzeti məlumat yayıb.

Bəlucistan əyaləti hökumətinin media və siyasi məsələlər üzrə nümayəndəsi Şahid Rind bildirib ki, ilkin məlumata əsasən, qəza nəticəsində 40 nəfər həyatını itirib, səkkiz nəfər yaralanıb.

Məlumata görə, qəza zamanı avtobusda ümumilikdə 48 sərnişin olub.

Yaralılar yaxınlıqdakı tibb müəssisələrinə çatdırılıb. Hadisə yerində xilasetmə əməliyyatları davam edir.

Qəzanın başvermə səbəbi hələlik açıqlanmayıb. Faktla bağlı araşdırma aparılır.

author picture
Leyla Bayandurlu
Mövzular:
Pakistan qəza

Digər Xəbərlər